AZ

Modemdəki DSL işığı nə üçündür?

 

26c4e2a74262fd1225b1b34767b6c89d.jpg
17.09.2020 15:03

İnternet bağlantısını təmin edən modem üzərində müxtəlif işıqlar var və bu işıqların hər biri fərqli məna daşıyır. Modemdəki DSL işığı isə ən vacibidir. Yanmırsa, deməli, internet bağlantınız yoxdur. 


Bu gün evdə, iş yerində, hətta mobil telefonlarda belə davamlı internet bağlantısına ehtiyacımız var. Telefonda bu GSM xətti vasitəsi ilə təmin edilsə də, evimizdəki internet provayderin çəkdiyi DSL bağlantısı ilə mümkündür. 


Digər işıqların yanmaması kiçik problemlərdən xəbər verir. Ancaq DSL işığı yanmırsa, evdə internet yoxdur. Bəs bu problem necə həll olunur? 


TED.az-ın təqdim etdiyi etdiyi yazını sona qədər oxusanız, bu haqda geniş məlumat əldə edəcəksiniz.


DSL nədir?

 

 

Digital Subscriber Line (DSL) rəqəmsal abunəçi xətti deməkdir. İnternet provayderi ana xətt üzərindən mis kabellərin köməyi ilə DSL xəttini evinizə birləşdirir və internet bağlantınız bu xətt vasitəsilə təmin edilir. Bu xətt, internet bağlantınızın bant genişliyinə görə ADSL və ya VDSL də adlanır.


DSL xətti internet bağlantınızı təmin edən əsas xətdir. Hər bir internet provayderi fərqli sistemə sahib olsa da, DSL xətləri, əsasən, telefon xətti və ya peyk bağlantı xətti kimi evimizə gətirilir. Sürət sizinlə internet provayderiniz arasındakı razılaşmaya görə dəyişir.


DSL işığı niyə yanmır?


Birinci amil DSL kabeli ilə modem arasında əlaqə çatışmazlığı ehtimalıdır. Bu problemə səbəb ola biləcək digər amil kabeldən asılı olmayaraq modemdə isinmədir. İnternet ana xətti ilə eviniz arasında uzun məsafə olduğunu düşünürsünüzsə, DSL işığı bu marşrut boyunca meydana gələn problem səbəbindən yanmaya bilər.


Digər və daha vacib problem birbaşa ana xətdən qaynaqlanır. İnternet provayderinizin bölgədəki əsas paylama xəttində problem varsa və provayder abunəçilərinə internet xidməti göstərə bilmirsə, modemdəki DSL işığı yanmayacaq.


Modemdəki DSL işığı yanmırsa və internetə qoşula bilmirsinizsə, ilk olaraq modemi söndürün. Modem istidirsə, soyuyacaq və yenidən başladan zaman problemlər aradan qalxacaq. 

 

 

Problem davam edərsə, DSL kabeli ilə modeminiz arasında əlaqə çatışmazlığı ola bilər. Kabeli ayırın, içərisində toz olub-olmadığını yoxlayın. Evinizdə router kimi yönləndirici istifadə edirsinizsə, onsuz qoşulmağa çalışın.

 

Problem davam edərsə, eyni internet provayderindən istifadə edən qonşulardan problem olub-olmadığını soruşun. Bu ümumi bir problemdirsə və ya evdəki interneti bərpa edə bilmirsinizsə, mütləq internet provayderinizlə əlaqə saxlayın.


İnternet provayderi ilə əlaqə qurduğunuz zaman məsafədən müdaxilə və ya sizi yönləndirməklə problem həll ediləcək. Uzaqdan həll olunmasa, texniki xidmət qrupu problem yarada biləcək nöqtələri yoxlayacaq və internetiniz bərpa ediləcək.

 

Günel QURBANOVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox