Avtomobilinizin gömrük rüsumlarını BELƏ hesablaya bilərsiz - VİDEO
Dövlət gömrük komitəsinin saytında yerləşdirilən elektron xidmət vasitəsilə Azərbaycan Respublikası ərazisinə idxal edilən yüngül minik nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərini hesablaya bilərsiz.
TED.az həmin elektron xidmətdən istifadə qaydalarını təqdim edir:
Bunun üçün əvvəlcə customs.gov.az saytına daxil oluruq.
Sayt menyusunda “Fərdlər üçün” bölməsindəki “Avtomobillərin gətirilməsi” xidmətini seçirik. Bu zaman bizim qarşımıza avtomobil məlumatlarını tələb edən kalkulyator çıxır.
Kalkulyatorda ulduzla qeyd olunmuş bütün xanalar doldurulmalıdır.
Seçim edəcəyimiz ilk kalkulyator xanası bizdən nəqliyyatın növünü istəyir.
Əgər avtomobilimiz minik avtomobilidirsə, biz nəqliyyatın növünü “Minik avtomobili” seçirik.
Nəqliyyatın növünü seçdikdən sonra mənşə ölkəsi, yəni avtomobilin istehsal yeri, göndərilən ölkə qeyd edilir.
Avtomobilin gömrük dəyəri xanasında avtomobilin ölkəmizdə hal-hazırdakı orta bazar satış qiymətinin (gömrük ödənişləri xaric) qeyd edilməsi nəzərdə tutulur.
Digər xanada mühərrikin işçi həcmi qeyd edilir.
Daha sonra avtomobilin istehsal tarixinin 1 ildən az və ya çox olması seçilir.
Bütün xanalar doldurulduqdan sonra “Hesabla” əməliyyatına klik edərək gömrük ödənişləri hesablanır.
Hesablanmış rüsumlarda Aksiz vergisi, mühərrikin işçi həcminə görə tutulan gömrük rüsumu, əməliyyat haqqı, vəsiqə haqqı, ƏDV (Əlavə dəyər vergisi), elektron gömrük xidmətinin göstərilməsinə görə, elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV və bunların cəmi qeyd edilir.
Nəqliyyatımızın növünü Avtobuslar seçdikdə isə biz əlavə məlumat kimi avtomobilin “Yürüş kilometri”ni də qeyd etməliyik.
Texnologiya bölməsindən digər xəbərlər
Yeni Smart #6 EHD Sedan Təqdim Edildi!
Dünyanın İlk Altı Qollu Humanoid Robotu Miro U Təqdim Edildi!
Humanoid robotlar yol polisi oldu!
iPhone 18 dizaynında ekranın altındakı Face ID ilə dəyişikliklər
Yeni Mercedes-Benz GLB elan edildi
Samsung-un sevimli robotu Ballie yenidən təxirə salındı!
Xiaomi 17 Ultra Leica Edition Avropaya Gəlir
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
microSD kartları geri dönüş edirmi?
Samsung Galaxy Z TriFold-un buraxılış tarixi və qiyməti açıqlandı
Redmi Note 15 Pro 4G gəlir
Vivo S50 seriyasının xüsusiyyətləri demək olar ki, açıqlandı!
Intel 14 milyard dollarlıq böyük bir müqavilə imzaladı
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir
iPhone Air yenə məyusedicidir!
Tramp elektrikli nəqliyyat vasitələrinə müharibə elan etdi!
Gemini yüksəlir, ChatGPT azalır!
Xiaomi 17S seriyası gəlir
Samsung Galaxy S26 Seriyası Dizaynını Təsdiqləyir
Galaxy S26 Seriyasına 25 Vt Maqnit Şarj Dəstəyi Gəlir!
Avropa Birliyindən X üçün rekord cərimə!
Tesla Yeni Versiyalarını Təqdim Edir!
Galaxy S26 seriyası Fold stilində kamera adası ilə gələ bilər!
"Peaky Blinders" filmi üçün yeni inkişaflar!
670 at gücündə AUDI E7X SUV Qlobal Bazara Hazırlaşır!
Google Chrome Avtomatik Doldurmanı təkmilləşdirir!
Həftənin ən çox oxunanları
“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır
Xiaomi 17S seriyası gəlir
Redmi Note 15 Pro 4G gəlir
Galaxy S26 seriyası Fold stilində kamera adası ilə gələ bilər!
Samsung Galaxy S26 Seriyası Dizaynını Təsdiqləyir
Gemini yüksəlir, ChatGPT azalır!
Redmi Turbo 5 seriyasına geri sayım!
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




