Vikipediada işğal altındakı ərazilər barədə yalan məlumatlara niyə düzəliş etmək olmur? – Ekspert
Sentyabrın 27-dən başlanan müharibə getdikcə informasiya cəbhəsində də şiddətlənməyə başlayıb. Amma əksər istifadəçilər Vikipediada Xocavənd rayonundakı Ağoğlan (Hadrud) qəsəbəsi barədə əcnəbi, xüsusilə də fransız dilində yalan məlumatlar qeyd edildiyini söyləyirlər. Azərbaycanlı istifadəçi həmin viki-məqaləni redaktə etdikdə isə Vikipedia onu qəbul etmir.
Bəs buna səbəb nədir? Əksər insanların ilkin axtarış üçün Vikipediayaya üz tutduqlarını nəzərə alsaq, bu kimi hallarla necə mübarizə aparmaq lazımdır?
Mövzu ilə bağlı TED.az-a danışan Vikipediya, Vikimənbə və Vikisitatda idarəçi olan tədqiqatçı jurnalist Araz Yaquboğlu bildirib ki, xarici Vikipedialar beynəlxalq mənbə istədikləri üçün Azərbaycandan edilən müdaxilələri geri qaytarırlar: “Ümumiyyətlə, Vikipediada hər dəyişiklik üçün beynəlxalq istinad lazımdır. Məsələn, Amerika, Almaniya, İngiltərənin saytlarından və s. Öz mənbələrimizə istinadla yazdığımız vikipedia məqaləsi xaricdə etibarlı hesab olunmur. Amma bu mövzuda həqiqətləri əks etdirən xarici mənbə olmadığı üçün dəyişiklikləri geri qaytarırlar. Digər məsələ erməniləri dəstəkləyən istifadəçilərin çox olmasıdır. Onlar əllərindəki yalan məlumatları beynəlxalq bazalara, xarici saytlara yerləşdiriblər. Bu yalan məlumatı isə Vikipedia məqaləsində istinad kimi istifadə edirlər. Nə ingilis, nə də fransız bunun fərqinə vara bilir”.
A.Yaquboğlu öz təcrübəsini də bölüşüb. Bildirib ki, son günlər Vikipediada redaktə işi ilə daha intensiv məşğuldur: “Hansısa yüksəklik azad edilən kimi məqalə yerləşdirirəm. Amma onu azərbaycandilli kitablardan istifadə edərək yaradıram. Fransız, ukrayna, italyan dillərindəki məqalələrdə isə bizim toponimlər dəyişdirilib. Məsələn, Xocalının Xanabad kəndini ermənilərin adlandırdığı kimi yazıblar. Ukrayna vikipediası bu istiqamətdə xüsusilə seçilir. Biz isə heç olmasa bircə mötərizədə də olsa azərbaycanca adı əlavə etməyə çalışırıq. Onun nə qədər müddət qalması, aşkarlananda geri qaytarılması isə sual altındadır”.
Onun fikrincə, Mili eksiklopediya tərcümə olunaraq müxtəlif əcnəbi dillərdə elektron resurslarda yerləşdirilməlidir: “Xocalı haqqında əcnəbi saytlarda gedən həqiqəti əks etdirən məqalələrdən dəyişiklik üçün istifadə edə bilərik. Bizdə elə toponim var, haqqında axtarış verəndə internetdə məlumat çıxmır. Yalnız yazılı kitablarda var. O kitablar isə internet resurslarına otuzdurulmayıb. İngilis hansısa yolla fərqli ölkələr haqqında tapıb yazır. Amma öz ərazimiz haqqında öz dilimizdə bir cümlədən artıq məlumat tapmaq mümkün deyil. Yalnız dağlıq ərazidə, hansısa çayın kənarında yerləşdiyi qeyd edilir. Onlayn istinad bazamız olmalıdır”.
Lamiyə SÜLEYMANLI
e-Azərbaycan bölməsindən digər xəbərlər
WhatsApp radikal qərar verib
iPhone Air sona çata bilər!
OnePlus Ace 6-nın əsas xüsusiyyətləri rəsmi olaraq açıqlandı!
Oppo Find X9 Seriyasının Qlobal Başlama Tarixi!
Audi ChatGPT inteqrasiyasını işə saldı!
BYD və Honor ağıllı ekosistem üçün əməkdaşlıq edir!
Yangwang U9 Xtreme Nürburqrinq rekordunu qırdı!
Game Pass-a gələn yeni oyunlar açıqlandı
Tesla minlərlə avtomobili geri çağırır
PlayStation 6 qiyməti ilə təəccübləndirə bilər
Reebok Smart Ring rəsmi olaraq elan edildi
Avropada Tesla Model S və Model X İnnovasiyaları
Galaxy XR burada Apple ilə rəqabət aparır
macOS Tahoe problemi M1 Mac-ləri sıradan çıxarır
Mark Zukerberq ifadə verəcək!
İlon Maskın NASA administratoruna şok sözləri
WhatsApp yeni addımlar atır
Yeni Prison Break seriyası gəlir
Android fənər dizaynı dəyişir
Thermomix TM7 makaron hazırlaya bilər
Huawei HarmonyOS 6.0 Beta versiyası buraxıldı
YouTube videoları süni intellektlə skan edəcək!
Honor MagicOS 10.0 Beta versiyası buraxıldı
İşıq sürətində çəkə bilir: 2 milyard FPS kamera!
OnePlus 15 fotoqrafiyada yeni dövr açacaq!
KVKK-nın Mango ilə bağlı açıqlaması: Milyonlar təsirləndi
Nubia Z80 Ultra flaqman xüsusiyyətləri ilə təqdim edildi!
Samsung AI eynəkləri üçün böyük tərəfdaşlıq elan edir!
Ən davamlı akkumulyatorlu avtomobillər məlum oldu!
iPhone 20-nin təqdimatı xüsusi səbəbə görə erkən ola bilər!
Həftənin ən çox oxunanları
Süni intellekt seçdi - Gülşən Hacıyeva “Zeekr 001” qazandı!
Xiaomi geyilənlər bazarının lideri oldu
Toyota yeni proqram platformasını elan etdi
Google-un Sora-ya cavabı: Veo 3.1 daha bacarıqlıdır
Samsung dörd model üçün One UI 8 yeniləməsini buraxır!
M5 MacBook Pro adaptersiz satılacaq
Android telefonlarında fotoşəkilləri axtarmaq əngəli sona çatdı
Microsoft Edge-də təhlükəsizlik zəifliyi aşkar edilib!
Samsung rekord gəlir əldə edə bilər
Pinterest AI tərəfindən yaradılan məzmunu məhdudlaşdırır.



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
