AZ

İcazənizin olub-olmadığını portalda necə yoxlaya bilərsiniz?

 

ce08f4f95eff5299046002a3101eb68f.jpg
14.12.2020 10:55

Növbəti dəfə tətbiq olunmuş sərt karantin rejimi və SMS icazə sisteminin işə salınması çərçivəsində icaze.e-gov.az portalının elektron icazə sənədinin alınması ilə bağlı məsələlər aktuallaşıb.

 

TED.az xəbər verir ki, vətəndaşları ən çox maraqlandıran suallardan biri də sözügedən portalda icazənin olub-olmamasını yoxlamağın mümkünlüyü məsələsidir. 

 

Portalda icazənin olub-olmamasını yoxlamaq üçün ilk olaraq çalışdığınız şirkət tərəfindən təsdiqlənməlisiniz. Fəaliyyətinə icazə verilmiş sahələrin əməkdaşlarının məlumatları sistemə daxil olunduqdan və təsdiq edildikdən sonra sistemdə yaşıl işarə əks olunarsa, qeydiyyatdan keçmə təsdiqlənir. Eyni zamanda işlədiyiniz şirkət tərəfindən icazə haqqında məlumatı elektron olaraq əldə edə bilərsiniz. 

 

Xatırladaq ki, yalnız zərurət yarandığı halda bu xidmətlərdən istifadə etmək tövsiyə olunur.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox