AZ

WhatsApp 2 yeni funksiyasını təqdim etdi

 

e8d4b030a917c2388fd95af081f463de.jpg
23.12.2020 11:15

WhatsApp-ın iOS beta versiyasının yenilənməsi ilə bir sıra xüsusiyyətləri ortaya çıxıb.

 

TED.az xəbər verir ki, yeniləmə ilə beta versiya "2.21.10.23" halına gətirilib.

 

WhatsApp-ın ən son iOS beta versiyasında sınaqdan keçirilən funksiya birdən çox foto və ya videonun asanlıqla göndərilməsinə imkan verir. Bununla iPhone istifadəçiləri "Şəkillər" tətbiqindəki foto və videoları seçib "Kopyala" düyməsi vasitəsilə  məzmunu birbaşa WhatsApp-dan göndərə biləcəklər. 

 

WhatsApp-ın son iOS beta versiyasında ortaya çıxan digər funksiya isə qrup zənglərinə sonradan qoşulmağı mümkün edir. Hazırda test mərhələsində olan xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi  hələlik məlum deyil.

 

Sözügedən funksiyaların sabit versiyada nə zaman tətbiq olunacağı isə açıqlanmayıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox