AZ

Azərbaycanda ən çox satılan telefonlar: özəllikləri və qiymətləri – ARAŞDIRMA

060bcca1a8b07d41b137fc5272610afc.jpg
11.07.2019 13:06

Hazırda telefonlar dünyanın bir çox yerində istifadə olunması ilə yanaşı, çox satılan texnoloji vasitələrdən biridir. Bəs görəsən günümüzün ayrılmaz hissəsinə çevrilən telefonların ölkəmizdə ən çox satılan markaları hansılardır?

 

Bununla bağlı bir sıra telefon mağazaları arasında sorğu keçirdik.

 

TED.az xəbər verir ki, son zamanlar Azərbaycanda ən çox satılan “Honor” modelləridir. Statistikaya görə, bu modellərdən “Honor 10 Lite” birinci yerdə qərarlaşıb.

 

Honor 10 Lite – 450 AZN

 

“Honor 10 Lite” modeli daha kiçik ekrana sahibdir. Həmçinin bir çox özəllikləri ilə digər modellərdən seçilməyi bacarır.

 

 

İkinci sırada “Samsung” markasının “A30”, “A40”, “A50” və “A70” modelləri gəlir.  “Samsug”un “A” modelləri mükəmməl görüntü imkanına malik kamera, geniş ekran və gözoxşayan dizaynla alıcıların diqqətini daha da cəlb edir.

 

Samsung Galaxy A30 – 470 AZN  

“Samsung A30” telefonları sizi 4.5G mobil internet sürəti ilə təmin edəcək. Mobil İnternetdən istifadənin olduqca aktuallaşdığı bu dövrdə, sürətli qoşulma çox işinizə yarayacaq. 4GB RAM ən çox əməli yaddaş tələb edən tətbiqetmələri və oyunları belə rahatlıqla, heç bir donma olmadan istifadə etməyinizə imkan yaradır. Yüksək keyfiyyətli arxa və ön kamera istədiyiniz keyfiyyətdə fotolar və selfilər əldə etməyə, həmçinin videozənglər etməyə imkan verir.  

 

 

Samsung Galaxy A40 – 520 AZN

“Samsung Galaxy A40” ilə mükəmməl fotolar çəkmək artıq xəyal deyil! Telefon həm mobil fotoqrafiya, həm də selfi həvəskarları üçün əvəzolunmazdır. Öndə 25 MP görüntü keyfiyyətinə malik kamera istənilən işıqda sizə ürəyinizcə selfilər çəkməyə, həmçinin rahatlıqla video danışıqlar etməyə imkan verir. 16 və 5 meqapiksellik 2 kameradan ibarət ikili arxa kamera ilə mükəmməl fotolar və şəkillər çəkmək mümkündür.

 

 

Samsung Galaxy A50 – 600 AZN

“Samsung Galaxy A50” ekranı sadəcə geniş olmağı ilə deyil, həmçinin "MultiTouch" özəlliyinə sahib olması ilə seçilir. Yüksək keyfiyyətli şüşəyə malik ekran həm də cızılmalara qarşı davamlıdır. Çərçivəsiz dizayn bütün sərhədləri aradan qaldırır. Bu model yeni “Samsung One UI” interfeysi ilə təqdim olunur və bu, hətta ilk dəfə smartfon istifadə edənlər üçün belə çox anlaşılandır. 1080x2340 (FHD+) piksel görüntü imkanı ilə ekranda izlədiyiniz filmlər, videolar, şəkillərdən zövq alacaqsınız.

 

 

Samsung Galaxy A70 – 850 AZN

Samsung Galaxy A70 - yenilikçi detallar və yüksək performans bir arada!

“Samsung Galaxy A70” 6.7 düym genişliyə malik FHD + Super AMOLED ekranı ilə istifadəçilərə yüksək səviyyədə görüntü imkanları təqdim edir. Reala yaxın rənglərlə 20:9 nisbətində ekranda video izləmək həzzi əvəzsizdir. Üçlü kamerası son dərəcə dəqiq və təsirli kadrlar əldə etməyə imkan verən “Samsung A70” smartfonu mobil fotoqrafiya həvəskarları üçün ideal seçimdir. Cihazda yer alan uzunömürlü batareya həmçinin qısa müddətdə enerji yığma funksiyasına malikdir ki, bu da vaxtınıza qənaət etməyə kömək edir.

 

 

Hazırda Azərbaycanda “Xiaomi” markasından “Note 7” üstünlük təşkil edir.

 

Xiaomi Redmi Note 7 – 500 AZN

“Xiaomi Redmi Note 7” mobil fotoqrafiya həvəskarlarını sevindirəcək özəlliklərə də sahibdir. 7.5 meqapiksel görüntü imkanına malik ikinci bir kamera və 48 meqapiksellik əsas kamera ilə xəyal etdiyiniz şəkilləri rahatlıqla çəkə bilərsiniz. Videozənglərin aktuallaşdığı bir dövrdə keyfiyyətli qabaq kamera artıq vacib şərtdir. Bu modeldə ön kamera 13 meqapikseldir və öz növbəsində yüksək görüntü keyfiyyətinə malik selfilər çəkməyə imkan verir.

 

 

“Apple” modelləri hər zamankı kimi aktuallığını qorusa da bazarda hegemonluğu ələ ala bilmir.

 

Fidan ƏSƏD

TED + bölməsindən digər xəbərlər

Daha çox