Pandemiyanın ölkəmizdə texnologiyanın inkşafına təsiri – İnnovativ həllər, yoxsa həlsizlik
Pandemiya özü ilə həyatımıza çətinliklər gətirsə də, dünyanın hər yerində texnologiyanın daha da inkşaf etməsinə, innovativ həllər axtarışına təkan vermiş oldu. Bir çox inkşaf etmiş ölkələrdə insanların yaxın təmasını azaltmaq üçün səhiyyə və xidmət sahələrinə robotların cəlb edilməsi kimi proseslər xüsusilə diqqət çəkdi. Bəs Azərbaycanda pandemiya zamanı hansı innovativ həllər yarandı və önə çıxdı?
Texnoblogger Tariyel Ağazadə mövzu ilə bağlı TED.az-a münasibətini bildirərkən Azərbaycanda pandemiya zamanı əsas innovativ həllərin biznes sektorda olduğunu vurğuladı: “Bir çox biznes sahələri onlayn platformalara keçməli oldu. Yemək çatdırılma xidmətində restoranların sayı artdı. Daha sonra hər bir mağaza onlayn satış etməyə çalışdı, öz saytını qurdu. Bir növ biznesin rəqəmsallaşması aktual oldu”.
Pandemiyanın təsirlərinə məruz qalan sahələrdən biri də təhsildir. Bəs təhsilimizdə hansı innovativ həllər yarandı?
Təhsil nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucovun sözlərinə görə pandemiya dövrünün təsiri əslində nə qədər problemlərlə yadda qalsa da, çətinliklər törətsə də, eyni zamanda bir çox məsələləri aktuallaşdırdı: “İlk olaraq məsafədən təhsilin bir təhsil forması olaraq inkişaf etdirilməsini qeyd etməliyik. Xüsusilə nəzərə alsaq ki, distant təhsil müasir texnologiyaların köməyi ilə həyata keçirilir, ilk olaraq elektron dərsliklər gündəmə gəlir. Burda elektron dərsliklərin hazırlanması, formalaşdırılması məsələsi çox vacibdir”.
O, həmçinin bildirdi ki, digər vacib nüans təhsil alanlar üçün elektron kitabxanaların yaradılması məsələsidir: “Qeyd etdiyim hər iki məsələ daha çox ali təhsil pilləsi üçün spesifikdir. Bununla bağlı artıq dünyanın distant təhsil modelinin inkişaf etdiyi ölkələrin təcrübəsi mövcuddur. Ümid edirəm ki məhz bu təcrübə qısa müddətdə Azərbaycanda da mənimsənildi, amma yenə də elektron dərsliklər və elektron kitabxanalarla bağlı məsələlər öz həllini tam şəkildə tapmamış oldu. Bu baxımdan da fikirləşirəm ki, pandemiya nəinki təhsil bütün sahələrdə yeni çağırışlar meydana gətirdi.
Məktəblərin internetləşdirilməsi məsələsi gündəmə gətirildi, yeni İKT biliklərinin təhsilə tətbiqi məsələsi aktuallaşdı. Alternativ məsələlər üzərində düşünmək imkanını bizə yaratdı. Ümid edirəm ki bütövlükdə dünyanın təhsil ictimaiyyəti, təhsillə bağlı beynəlxalq qurumlar bu istiqamətdə yeni çağırışlara müvafiq olaraq yeni innovativ düşüncəni ortaya qoyacaqlar”.
Digər vacib məsələ həm orta, həm də ali təhsil bazasında olan məktəblər üçün internet resurslarından istifadə etmək imkanları və məktəblərin İKT təminatı məsələsidir. Bu dövrdə yüksək sürətli internetin təhsil üçün nə qədər önəmli olduğu ortaya gətirildi. Ümid edirəm ki artıq bununla bağlı yeniliklərə biz açıq olmalı, bütün durumlara öz təhsilimizi davamlı etməliyik”, – deyə məsul katib bildirdi.
Günel QURBANOVA
TED + bölməsindən digər xəbərlər
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Xiaomi 18 Pro Max Ekranı və Kamera Təfərrüatları Açıqlandı
iPhone 18 Pro-da Dinamik Ada Kiçilməyə Bilər
WhatsApp Uşaqlar üçün Təhlükəsiz Hesablar Təqdim Edir
Xbox Rejimi Bütün Windows 11 kompüterlərinə Gəlir!
Növbəti Nəsil Xbox Alpha Versiyası 2027-ci ildə Hazır Olacaq
iOS 26.4 Beta 4-də Bütün Yeni Xüsusiyyətlər
iPhone Fold-u Unut: iPhone Ultra Gəlir!
Intel Core Series 2 Prosessorları Təqdim Edildi
Galaxy M17e iPhone 17e ilə rəqabət aparacaqmı?
iPhone Hacking Aləti Rus və Çin hakerlərinin əlinə keçdi!
Rodecaster Video Core ilə Canlı Yayımı Sadələşdirin!
DJI Osmo Pocket 4-ün Xüsusiyyətləri Necə Olacaq?
Həftənin ən çox oxunanları
Nintendo Tramp Administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı!
Məşhur Xiaomi Modeli üçün Yolun Sonu!
Xbox-da Böhran: Eksklüziv Oyunlar Geri Dönürmü?
Oppo Find N6 Hamar Ekranla Təqdim Edildi
Oppo Üç Yeni Model Üçün ColorOS 16 Yeniləməsini Elan Edir!
WhatsApp Premium ilə Fərdiləşdirmə Dövrü Başlayır!
MacBook Neo 2 iPad kimi olacaq!
Huawei Pura 90 Təqdim Edildi
Google Tərcümə Səyahətçilər üçün İşləri Daha Asanlaşdırır
Apple Siri 2.0 nə vaxt gələcək? Nə təklif edəcək?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

