AZ

“myGov” portalının mobil tətbiqi istifadəyə verilib

b0ca2e61643d2d9bc6c49b57e75419c3.jpg
10.02.2021 15:40

"myGov” elektron hökumət portalının mobil tətbiqi istifadəyə verilib. Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan mobil tətbiqin məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan olmasını təmin etmək, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi sürətləndirməkdir. 

 

TED.az xəbər verir ki, artıq mobil telefonda da vətəndaşlar üçün tələbə-məzun məlumatları, ailə tərkibi, cərimələr, daşınmaz əmlak məlumatları, diplomlar, etibarnamələr, hərbi xidmət haqqında məlumatlar, iş yeri, məcburi köçkün statusu haqqında məlumatlar, qeydiyyatda olan nəqliyyat vasitələri, şəxsi məlumatlar, stasionar telefon məlumatları, sürücülük vəsiqəsi, ümumvətəndaşlıq pasportu və yaşayış yeri kimi məlumatlarla tanış olmaq “myGov” tətbiqi üzərindən mümkündür. Həmçinin bu məlumatların bəzisini arayış formasında mobil telefona yükləmək və aidiyyəti istiqamətdə istifadə etmək mümkündür. 

 

“myGov” mobil tətbiqini həm "Android", həm "IOS" əməliyyat sistemlərindən yükləmək mümkündür. 

 

Portalda olduğu kimi mobil tətbiqdə sorğulanmış məlumatların xidməti mövcuddur ki, sizin məlumatlarınıza baxan banklar, təşkilatlar və s. qurumlar haqqında məlumat əldə edə bilərsiniz.

 

Hazırda "myGov”un 465 000-dən çox istifadəçisi vardır. “myGov” istifadəçiləri, həmçinin bura inteqrasiya olmuş bir çox qurumların və sistemlərin xidmətindən də yararlana bilirlər. Portalda qeydiyyatdan keçmək istəyən vətəndaşlar my.gov.az internet səhifəsinə daxil olaraq “Ana səhifə”də yerləşdirilmiş “Giriş qaydaları” ilə tanış ola bilərlər. 

 

Qeyd edək ki, “myGov” elektron hökumət portalı ilkin olaraq “Beta” versiyada vətəndaşların istifadəsinə verilib. Qabaqlayıcı hökumət konsepti əsasında yaradılmış portalın əsas məqsədi təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdir. 

 

“myGov” haqqında daha ətraflı aşağıdakı videoda tanış olmaq mümkündür:

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox