Azərbaycanda kriptovalyuta gəlirlərindən vergi tutulması ədalətlidir? - AÇIQLAMA
Vergi Məcəlləsinə əsasən, vergiödəyicisinin kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Dövlət Vergi Xidmətinə-dən TED.az-a verilən məlumatda bildirilir ki, bu zaman, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir
Kriptovalyuta əməliyyatlarından vergi tutulması ilə bağlı açıqlama verən Crypto Consulting MMC-nin direktoru Elnur Quliyev bildirib ki, birja və ya elektron ödəniş sistemlərinə vəsaitin mədaxil edildiyi zamanı Azərbaycanda fəaliyyət göstərən bankların təqdim etdiyi plastik kartlardan 10-18% xidmət haqqı tutulur. Yəni, vətəndaş hər hansı qazanc əldə etmədən əvvəl rüsümu ödəmiş olur. Bu zaman belə bir sual yaranır bu şəxs qazanandan sonra niyə yenidən vergi ödəməlidir?
Məlumdur ki, kriptovalyutalara investisya etmək istəyən şəxs ardıcıl olaraq 4 dəfə komissiya xərci ilə qarşılaşır:
Birjaya mədaxil zamanı rüsum: bank tərəfindən tutulur;
Birjadan rəqəmsal vəsaitin məxaric edildiyi zaman tutulan komissiya: birdəfəlik konkret tariflər əsasında birja tərəfindən tutulur;
Bank hesabına mədaxil olmuş vəsaitin nağdlaşdırılması zamanı tutulan rüsum: banklar nağdlaşdırma komissiyası kimi tutur.
Odur ki, qoyulan investisya o dərəcədə rentabelli olmalıdır ki, bütün bu sadalığım komissiya xərclərini üstələyə bilsin. Kriptovalyuta əməliyyatlarından əldə olunan gəlirdən xüsusi verginin tutulmasına da toxunan Elnur Quliyev “İstənilən halda kriptovalyuta alışı zamanı vətəndaş gələcəkdə aktivin qiymətinin artmasından aslı olmayaraq kifyaət qədər yüksək olan rüsümu əvvəlcədən ödəmiş olur. Bundan əlavə, birjalarda alqı-satqı əməliyyatları və məxaric üzrə komissiyalar ödəmidir. Bütün bu xərcləri ödədikdən sonra vətəndaşdan könüllü olaraq yenidən gəlir vergisini ödəmək üçün vergi bəyannamə təqdim etməsini gözləmək sadəlövlük olardı. Hesab edirəm ki, kriptovalyuta əməliyyatlarına vergi mexanizminin tətbiqi ədalət prinsiplərinə əsaslanmalı, fiziki və ya hüquqi şəxs olmasından aslı olaraq konkret tariflər əsasında müəyyən edilməlidir. Ədalətli və obyektiv vergi mexanizminin tətbiqi vətəndaşları kripto-əməliyyatlar üzrə gəlir vergisini ödəməyə motivasiya edəcək.”
Müəllif: Aynur Qəniyeva
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Tesla Kaliforniyada Satış Qadağası ilə Üzləşə Bilər!
Google Yeni Süni İntellekt Agenti CC-ni Elan Edir!
OLED Displeyli iPad Mini Tezliklə Gələcək
Kompakt Nəhəng Təqdim Edildi: ASUS Prime AP303
Apple-ın Xüsusi iPhone Modeli Gəlir
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Galaxy Watch 4 əsas yeniləməni aldı!
Porsche Cayenne Electric-in "Sürücü Təcrübəsi" Kokpiti!
Şok DDR5 RAM fırıldağı!
iPhone 17e çatışmayan xüsusiyyətləri tamamlayır
Yeni Nissan Leaf istehsala başlayır!
Volkswagen büdcəyə uyğun SUV ilə gəlir!
İnstaqram hekayələrini anonim şəkildə necə izləmək olar?
Microsoft əl konsollarının performansını artırır!
Google Gemini 3 Flash təqdim edildi!
Həftənin ən çox oxunanları
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Volkswagen büdcəyə uyğun SUV ilə gəlir!
Tesla böyük bir şokla üzləşə bilər!
Microsoft əl konsollarının performansını artırır!
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Şok DDR5 RAM fırıldağı!
Yeni Nissan Leaf istehsala başlayır!
iPhone 17e çatışmayan xüsusiyyətləri tamamlayır



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

