AZ

OPPO-da smartfonların istifadəçilər üçün əhəmiyyətli olan üç xüsusiyyəti açıqlandı

6597a099918b92245fac4207e3af0dac.jpg
16.08.2019 10:42

Yeni smartfon seçərkən alıcı daha çox diqqəti kamera imkanlarına, batareyanın gücünə və sürətli yükləmənin dəstəkləməsinə yönəldir.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə Rusiyada “OPPO” Çin şirkətinin Biznesin İnkişafı üzrə direktoru Arkadi Qraf bildirib.

 

İstifadəçilər üçün cihazdakı böyük batareya çox əhəmiyyətlidir, çünki cihazın güclü doldurulması, böyük ekran və mobil şəbəkələr vasitəsilə tez-tez internet səhifələrinə baxış böyük miqdarda enerji tələb edir.

 

“OPPO” nümayəndəsinin sözlərinə görə, sürətli yükləmə də çox əhəmiyyətli  parametrdir, çünki bu funksiya ilə yarım saat ərzində smartfon batareyasını 50%-ə qədər doldurmaq mümkündür.

 

Hər hansı bir smartfonda kameranın necə olması çox vacibdir, çünki o, nəinki  yaddaqalan anlar əldə etməkdə əsas rol oynayır, həm də kodları skan etməyə və fotoşəkil əsasında məlumatları tapmaq üçün şəkillər çəkməyə imkan verir.

 

Ümumiyyətlə, müasir smartfon ekosistemin mərkəzidir, bunun vasitəsilə ağıllı ev sistemlərini idarə etmək, mağazalarda alış-verişlə məşğul olmaq və hətta müasir avtomobillərin bəzi funksiyalarını idarə etmək mümkündür.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox