AZ

Kassa çeki verməyən obyektləri hansı maliyyə sanksiyası gözləyir?

90679bf10417888a96f197e8aa506ef9.png
05.04.2022 19:20

Vergi Məcəlləsinin tələbinə əsasən, ticarət və xidmət obyektlərində alıcılara kassa çekləri təqdim edilməlidir. Bəs hər hansı obyekt məhsul alınan vaxt kassa çeki vermirsə bu barədə hara müraciət etmək lazımdır və bunun cəriməsi nə qədərdir?

 

Dövlət Vergi Xidmətindən TED.az-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına, POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə yaxud ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergiödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

 

Vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə qarşılaşdıqda ətraflı məlumatla qeyri-anonim olaraq “vergilər.az” saytının “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı mərkəzinə (195-1) və ya vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək mümkündür.

 

Vergi orqanları vergiödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergiödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox