“Azərsu”ya üç ayda müxtəlif elektron xidmətlərlə bağlı 173 min müraciət daxil olub
“Azərsu” ASC tərəfindən vətəndaşlara göstərilən müştəri xidmətlərində operativliyin, şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə yeni elektron xidmətlərin yaradılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
ASC-dən TED.az-a bildirilib ki, cari ilin yanvar-mart aylarında vətəndaşlar tərəfindən müxtəlif elektron xidmətlərlə bağlı 173 min müraciət qeydə alınaraq icraya yönləndirilib. Ən çox müraciət “Su borcunun internet vasitəsilə öyrənilməsi”, “Elektron müraciət” və “Elektron faktura” xidmətləri üzrə qeydə alınıb.
Ümumilikdə xidmətlər istifadəyə veriləndən indiyədək vətəndaşlar tərəfindən 1 milyon 847 min müraciət edilib.
Vətəndaşlar “www.e-gov.az” Elektron Hökumət Portalı və “www.azersu.az” saytı vasitəsilə xidmətlərdən yararlana bilərlər.
Elektron xidmətlər vətəndaşların və xidmət təşkilatlarının işini sadələşdirir və asanlaşdırır. Vətəndaşlar bu xidmətlərdən istifadə etməklə əlavə vaxt itkisi və nəqliyyat xərcləri ilə qarşılaşmırlar.
Hazırda “Azərsu” ASC tərəfindən 19 adda elektron xidmət göstərilir. Bunlara su borcunun internet vasitəsilə öyrənilməsi, su borcunun internet vasitəsilə ödənilməsi, abonent məlumatlarının dəyişdirilməsi, istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması, “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”nə dair abonentə aid məlumatların verilməsi, “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”ndən istifadəyə görə borcun olmaması haqqında arayış, “Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti”, “Su sayğaclarının plombunun dəyişdirilməsi müraciəti”, “Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəzaya dair müraciət” daxildir. Həmçinin qurumun “Elektron müraciət”, “Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” elektron xidməti, “Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması”, “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması”, “Su nümunələrinin yoxlanılmasına dair müraciət”, “Borcun araşdırılması üzrə müraciət”, “Su sayğaclarının quraşdırılması müraciəti”, “Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti”, “Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi”, “Elektron faktura” istifadəyə verilmiş elektron xidmətləri var.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Yeni Smart #6 EHD Sedan Təqdim Edildi!
Dünyanın İlk Altı Qollu Humanoid Robotu Miro U Təqdim Edildi!
Humanoid robotlar yol polisi oldu!
iPhone 18 dizaynında ekranın altındakı Face ID ilə dəyişikliklər
Yeni Mercedes-Benz GLB elan edildi
Samsung-un sevimli robotu Ballie yenidən təxirə salındı!
Xiaomi 17 Ultra Leica Edition Avropaya Gəlir
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
microSD kartları geri dönüş edirmi?
Samsung Galaxy Z TriFold-un buraxılış tarixi və qiyməti açıqlandı
Redmi Note 15 Pro 4G gəlir
Vivo S50 seriyasının xüsusiyyətləri demək olar ki, açıqlandı!
Intel 14 milyard dollarlıq böyük bir müqavilə imzaladı
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir
iPhone Air yenə məyusedicidir!
Tramp elektrikli nəqliyyat vasitələrinə müharibə elan etdi!
Gemini yüksəlir, ChatGPT azalır!
Xiaomi 17S seriyası gəlir
Samsung Galaxy S26 Seriyası Dizaynını Təsdiqləyir
Galaxy S26 Seriyasına 25 Vt Maqnit Şarj Dəstəyi Gəlir!
Avropa Birliyindən X üçün rekord cərimə!
Tesla Yeni Versiyalarını Təqdim Edir!
Galaxy S26 seriyası Fold stilində kamera adası ilə gələ bilər!
"Peaky Blinders" filmi üçün yeni inkişaflar!
670 at gücündə AUDI E7X SUV Qlobal Bazara Hazırlaşır!
Google Chrome Avtomatik Doldurmanı təkmilləşdirir!
Həftənin ən çox oxunanları
“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır
Xiaomi 17S seriyası gəlir
Redmi Note 15 Pro 4G gəlir
Galaxy S26 seriyası Fold stilində kamera adası ilə gələ bilər!
Samsung Galaxy S26 Seriyası Dizaynını Təsdiqləyir
Gemini yüksəlir, ChatGPT azalır!
Redmi Turbo 5 seriyasına geri sayım!
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




