Naxçıvanda POS–terminalların sayı 1548-ə çatıb
Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində aparılan işlər bu ilin birinci rübündə də davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən TED.az-a ki, aprelin 1-dək əsas ödəniş alətlərindən olan POS-terminal aparatlarının sayı muxtar respublika üzrə 1548-ə çatdırılıb. Bunların da 739-u Naxçıvan şəhərində, 809-u rayon və kənd mərkəzlərində quraşdırılıb. Ödəniş terminallarının sayı isə 150 ədəd təşkil edib, onların 56-sı MilliÖn ödəniş terminalı olmaqla, 74-ü Naxçıvan şəhərində, 76-sı rayon mərkəzlərində yerləşdirilib, bankomatların sayı isə 116 olub. Sözügedən dövrdə 38 milyon 924 min 721 manat nağdsız ödənişin 11 milyon 13 min 885 manatı POS-terminallar, 27 milyon 910 min 836 manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.
Qeyd olunan dövrdə muxtar respublika ərazisində fəaliyyət göstərən POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektlərində 206 vergi ödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 130 min 719 manat, 732 vergi ödəyicisi tərəfindən isə öz şəxsi kartları vasitəsilə 323 min 975 manat vergi, sosial və dövlət büdcəsinə digər ödənişlər nağdsız qaydada ödənilib.
Xidmət mərkəzləri və POS-terminal quraşdırılmış kənd mərkəzlərində sahibkarlıq subyektləri və vətəndaşlarla maarifləndirici görüşlər keçirilib. Daha çox nağdsız ödənişlər aparan vətəndaşlar arasında “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin 16-cı tirajı keçirilib və muxtar respublika üzrə 431 sakinə 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim olunub.
TED + bölməsindən digər xəbərlər
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
