AZ

AzTU-da “SABAH Magistratura” proqramı üzrə müəllimlərin işə qəbulu aparılır

e2d339db40aad856894ac2ad305ee51f.png
29.07.2022 17:57

Azərbaycan Texniki Universitetində (AzTU) “SABAH Magistratura” proqramının logistika və nəqliyyat ixtisaslaşması çərçivəsində 2022/2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə müəllimlərin işə qəbuluna başlanılıb.

 

Universitetdən TED.az-a bildirilib ki, logistika və nəqliyyat, nəqliyyatda daşımaların təşkili, nəqliyyat texnologiyaları, iqtisadiyyat, statistika, biznesin idarə olunması, maliyyə, mühəndislik, informasiya və kommunikasiya texnologiyaları sahələrində ən azı magistr dərəcəsi olan namizədlər müraciət edə bilərlər.

 

Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox