AZ

Azerconnect şirkətindən Türkiyəyə 5 milyon TL dəstək

4e57f40ea92a3f09781d2c4c4a5776c4.jpg
10.02.2023 13:35

Azerconnect şirkəti Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə 5 milyon türk lirəsi yardım edib.

 

Dəstək Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) edilib.

 

Bu dəhşətli zəlzələdə həyatını itirənlərə rəhmət, yaxınlarına başsağlığı, xəsarət alanlara isə şəfa diləyirik. Türkiyənin bu faciənin fəsadlarını ən qısa zamanda aradan qaldıracağına inanırıq!

 

Azerconnect ölkənin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətidir.

 

Azerconnect NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

TED + bölməsindən digər xəbərlər

Daha çox