AZ

Optimal Electronics cərimələnə bilər

fbc72a33130c396909068609cfa9aabb.png
02.09.2019 17:18

Yasamal Rayon Məhkəməsi Optimal Electronics MMC-nin inzibati qaydada 608 ABŞ dolları həcmində cərimələnməsi barədə qərar çıxarıb.

 

TED.az xəbər verir ki, Optimal Electronis, Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokolla cərimə edilib.

 

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

 

Qeyd edək ki, bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20%-dən 30%-dək məbləğdə cərimə edilir.

 

Məhkəmənin qərarına Bakı Apellyasiya Məhkəməsində baxılacaq. 

TED + bölməsindən digər xəbərlər

Daha çox