AZ

Elmi məqalələrin beynəlxalq indeksli jurnallarda nəşri qaydaları mövzusunda master-klas

e3f173e21fe6e709fdc000eb5dc5cc88.png
07.03.2023 17:40

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşri qaydaları” mövzusunda silsilə master-klaslar təşkil olunacaq.

 

UNEC-dən TED.az-a bildirilib ki, tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkil etdiyi onlayn seminarlarda xaricdə fəaliyyət göstərən yüksək H-indeksə malik alimlər nüfuzlu elmi jurnallarda keyfiyyətli məqalələrin hazırlanması meyarları ilə bağlı təcrübələrini bölüşəcəklər.

 

Seminarda UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçıları- Türkiyənin Süleyman Dǝmirǝl Universitetinin İnşaat mühəndisliyi bölməsinin Mexanika kafedrasının müdiri professor Abdulla Avey, Polşanın Vistula Universitetinin tədqiqatçısı dosent Şəhriyar Muxtarov, İngiltərənin Portsmut Universitetinin İqtisadiyyat fakültəsinin dosenti Zəhra Murad mövzu ilə bağlı məlumat verəcəklər.

 

Master-klaslara “Zoom” platforması üzərindən zoom (kod:766610) linkinə keçid etməklə qoşulmaq mümkün olacaq.

Elm bölməsindən digər xəbərlər

Daha çox