AZ

Albalı Plus kartları tamamilə yenilənib

4efabac5d06876568b3597a3b014a316.jpg
03.09.2019 16:45

Unibank-ın Albalı Plus kartları yenilənib. Həm dizayn, həm də məhsul tipinə görə dəyişdirilən kartlar, müştərilərin istəyinə uyğun olaraq daha da təkmilləşdirilib.

 

TED.az xəbər verir ki, yeni Albalı Plus kart məhsullarının hamısı contactless funksiyalıdır və daha keyfiyyətli plastikdə çap edilib. Albalı Plus debet kartlarında daha bir yenilik isə müştərinin istəyinə uyğun olaraq istər MasterCard, istərsə də Visa ödəniş sistemli kart almaq imkanının olmasıdır.

 

Yeni Albalı Plus debet kartı xüsusi üstünlüklərə malikdir:

 

Contactless funksiyası (50 AZN-dək təmassız ödəniş imkanı);

30%-dək cashbak ;

Kartda qalıq məbləğə (AZN-də 3%, USD-də 1% ) illik gəlir;

Unibank bankomatlarında komissiyasız nağdlaşdırma;

Milli Ön, E-manat və ya Unibank terminallarında 7/24 onlayn mədaxil imkanı.

Kartın şərtləri:

Qiyməti – 10 AZN (və ekvivalenti)

Müddəti – 3 il

Kart AZN/USD/EUR/GBP valyutalarında sifariş oluna bilər

Onlayn ödənişlərdə 3D secure xidməti

 

Şəxsiyyət vəsiqənizlə sizə yaxın Unibank filialına yaxınlaşaraq, Albalı Plus debet kartı sifariş edə bilərsiniz.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox