AZ

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 105-ə çatıb

 

e50f95c0185b9a1c308a5739e6c6f9c9.png
14.09.2023 10:57

Daha 11 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Şəhadətnamə almış KOB subyektlərindən hamısı mikro, 3-ü qadın sahibkardır. Layihələrin əksəriyyəti xidmət sektorunu əhatə edir.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnamələri "Think" MMC-nin gözəllik xidməti və məhsulların satışı üçün onlayn marketpleys, "Hellojob" MMC-nin onlayn iş elanları platforması, Ramil Qədirovun saxlama seyflərinin avtomatik idarə edilməsi üçün aparat-proqram kompleksi, "S2J İNC." şirkətinin avtomobil paylaşımı (icarə) üçün mobil tətbiqi, "Allin.Us" MMC-nin onlayn sorğu platforması, "Mərtəbələr" MMC-nin daşınmaz əmlak alqı-satqısının asanlaşdırılması üçün elektron platforması, "Telsat" MMC-nin mobil telefonların satışı üzrə onlayn platforması, “Hirpo” MMC-nin işçilərin xidməti fəaliyyətinin ölçülməsi və idarə edilməsi platforması, “Flash Expo” MMC-nin sərgi və yarmarkalarda iştirakın məsafədən təşkili üçün onlayn platforması, "All Fitness" MMC-nin fitnes klublara abunəlik və dəqiqə hesabı qoşulmaq üçün platforması və "Metatesk" MMC-nin onlayn təhsil platforması layihələrinə təqdim edilib.

 

KOBİA-dan TED.az-a bildirilib ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 105-ə çatıb.

 

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: smb.gov.az/az/nav/startap-sehadetnamesi

Startaplar bölməsindən digər xəbərlər

Daha çox