Daha 3 universitet akkreditasiyadan keçdi
Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 2023-cü il üzrə ikinci iclası keçirilib.
Nazirlikdən TED.az-a bildirilib ki, iclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova 5 ali təhsil müəssisəsində (Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı) həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirmələri əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlilləri təqdim edib.
İclasda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti və Lənkəran Dövlət Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilib və müəssisələrin növbəti 5 il müddətinə akkreditasiya olunması haqqında qərar verilib.
Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının institusional akkreditasiya nəticələri isə “uyğun deyildir” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 ilədək uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.
Bundan başqa, institusional akkreditasiyası 2023-cü ildə nəzərdə tutulmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mövcud akkreditasiya şəhadətnaməsinin etibarlılıq müddətinin 1 ilədək uzadılması ilə bağlı müraciəti müzakirə edilərək şurada səsverməyə qoyulub və qiymətləndirmənin 2024-cü ilin fevral ayına təyin edilməsi barədə qərar qəbul edilib.
İclasda Bakı Dövlət Universitetinin magistratura səviyyəsində tədris olunan 6 ixtisasın (yüksək molekullu birləşmələr kimyası, neft kimyası, üzvi kimya, qeyri-üzvi kimya, analitik kimya, fiziki kimya) Qazaxıstanın Təhsildə Keyfiyyət Təminatı üzrə Müstəqil Agentliyi tərəfindən aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirməsi nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair müraciəti səsverməyə qoyulub və təsdiq olunub.
Qeyd edək ki, cari ildə ümumilikdə 10 ali təhsil müəssisəsinin akkreditasiya qiymətləndirməsi yekunlaşdırılıb. İlin sonunadək daha 3 ali təhsil müəssisəsinin (ADA Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Tibb Universiteti) institusional akkreditasiya qiymətləndirməsi planlaşdırılır.
TED + bölməsindən digər xəbərlər
Yeni Smart #6 EHD Sedan Təqdim Edildi!
Dünyanın İlk Altı Qollu Humanoid Robotu Miro U Təqdim Edildi!
Humanoid robotlar yol polisi oldu!
iPhone 18 dizaynında ekranın altındakı Face ID ilə dəyişikliklər
Yeni Mercedes-Benz GLB elan edildi
Samsung-un sevimli robotu Ballie yenidən təxirə salındı!
Xiaomi 17 Ultra Leica Edition Avropaya Gəlir
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
microSD kartları geri dönüş edirmi?
Samsung Galaxy Z TriFold-un buraxılış tarixi və qiyməti açıqlandı
Redmi Note 15 Pro 4G gəlir
Vivo S50 seriyasının xüsusiyyətləri demək olar ki, açıqlandı!
Intel 14 milyard dollarlıq böyük bir müqavilə imzaladı
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir
iPhone Air yenə məyusedicidir!
Tramp elektrikli nəqliyyat vasitələrinə müharibə elan etdi!
Gemini yüksəlir, ChatGPT azalır!
Xiaomi 17S seriyası gəlir
Samsung Galaxy S26 Seriyası Dizaynını Təsdiqləyir
Galaxy S26 Seriyasına 25 Vt Maqnit Şarj Dəstəyi Gəlir!
Avropa Birliyindən X üçün rekord cərimə!
Tesla Yeni Versiyalarını Təqdim Edir!
Galaxy S26 seriyası Fold stilində kamera adası ilə gələ bilər!
"Peaky Blinders" filmi üçün yeni inkişaflar!
670 at gücündə AUDI E7X SUV Qlobal Bazara Hazırlaşır!
Google Chrome Avtomatik Doldurmanı təkmilləşdirir!
Həftənin ən çox oxunanları
“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır
Xiaomi 17S seriyası gəlir
Redmi Note 15 Pro 4G gəlir
Galaxy S26 seriyası Fold stilində kamera adası ilə gələ bilər!
Samsung Galaxy S26 Seriyası Dizaynını Təsdiqləyir
Gemini yüksəlir, ChatGPT azalır!
Redmi Turbo 5 seriyasına geri sayım!
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




