Qeyri-qanuni erməni silahlı dəstələri təslim oldu - RƏSMİ

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Bu barədə TED.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
TED + bölməsindən digər xəbərlər
Meta təsadüfən ağıllı eynəklərini ekranla sızdırdı!


Google bazar kapitallaşması rekordunu qırıb


Game of Thrones serialı geri qayıdır


Apple niyə iOS 19-u iOS 26 olaraq buraxdı?


“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü


Honda Yeni Mini Elektrikli Avtomobilini Elan Edib: N-ONE e


Nothing Ear 3 təqdim olunur


Ford Focus tarixə çevrilir


iPhone Air gözlənilən uğura nail oldumu?


AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

iPhone Air əyilə bilərmi?


iPhone Air və Galaxy S25 Edge müqayisə edildi!


Facebook-un yeni funksiyası narazılıqla qarşılanıb


Tesla köhnə modellərini unutmadı!


Bu ölkə AI naziri təyin etdi!


Huawei, Avropada üç Aito Electric yolsuzluq avtomobilini elan etdi!


Dünyanın ən çox satılan PlayStation oyunları açıqlanıb


Windows-da SSD probleminin mənbəyi müəyyən edildi!


OPPO Find X9 və X9 Pro batareya tutumları təsdiqləndi!


OnePlus flaqmanı üçün 165Hz displey təklif edə bilər!


vivo X300 Pro AnTuTu testində aşkar edilib!


Yuxu Hesabı xüsusiyyəti bu Apple Watch modellərində mövcud olacaq!


Türkiyədə istehsal olunacaq Ioniq 3 açıqlandı


Google AI Plus paketini buraxdı!


Yeni Ferrari Testarossa at gücü rekordları qıracaq


iPhone 17 bu xüsusiyyəti ilə S25 Ultra-nı üstələyir!


NASA Marsda həyatın olduğunu sübut edə bilər!


Həftənin ən çox oxunanları
Game of Thrones serialı geri qayıdır


Apple niyə iOS 19-u iOS 26 olaraq buraxdı?


Meta təsadüfən ağıllı eynəklərini ekranla sızdırdı!


Google bazar kapitallaşması rekordunu qırıb

