AZ

Braziliyalı startap “Web Summit”in qalibi olub

 

7d5fb74d204ab148541d24f009c112b8.jpg
17.11.2023 13:50

Bundan əvvəl xəbər verildiyi kimi, Portuqaliyanın paytaxtı Lissabonda 8-ci illik “Web Summit” texnoloji konfransı keçirilir. Tədbirdə 153 ölkədən 70 min nümayəndə iştirak edir, təxminən 2 608 startap təqdim olunub. Bu, tarix boyunca ən yüksək göstəricidir.

 

TED.az konfransın təşkilatçılarına istinadla xəbər verir ki, Braziliyadan olan “Inspira” startapı “Web Summit”in təşkil etdiyi “PITCH” startaplar müsabiqəsinin qalibi elan olunub. “Inspira” 100-dən çox rəqib şirkəti geridə qoyub.

 

“PITCH” – “Web Summit” startaplar müsabiqəsidir və erkən inkişaf mərhələlərində aparıcı dünya startaplarını birləşdirir.

 

Hüquqi proqram təminatının istehsalçısı olan braziliyalı “Inspira” şirkəti süni intellektdən istifadə edərək, hüquqi informasiyanı hamı üçün əlçatan etmək üçün onun demokratikləşdirilməsi yolu ilə hüquq bazarının təkmilləşdirilməsinə yönəlib.

 

İkinci yeri Kiprdən olan səhiyyə sahəsindəki “Cognimate” startapı və Rumıniyadan “Kinderpedia” startapı – uşaqlara qulluq üçün həllərin istehsalçısı şirkəti bölüşüblər.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox