Tələblərə riayət etməyən taksi şirkətlərini cərimə sanksiyaları gözləyir - RƏSMİ
Mövcud qanunvericiliyin tətbiqi ilə bağlı taksi sifarişi operatorları, o cümlədən beynəlxalq sifarişi operatorları ilə görüşlər keçirilib və tələblərlə bağlı ətraflı məlumat verilib.
Bu barədə TED.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, qanunvericiliyin tələblərinə riayət etməyənləri isə cərimə sanksiyaları gözləyir. Belə ki, buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcəklər.
"Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulması ilə bağlı da cərimələr mövcuddur.
İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə, taksi sifarişi operatorları tərəfindən taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına, taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli və hüquqi şəxslərin cərimə edilməsi nəzərdə tutulub.
Taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri olmayan daşıyıcıya, eyni zamanda buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə də sanksiyalar mövcuddur.
“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülərin taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Hazırlıq keçməmiş sürücülərə daşıyıcı tərəfindən sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartının verilməsinə görə vəzifəli və hüquqi şəxslər cərimələnəcəklər", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.
TED + bölməsindən digər xəbərlər
Yeni Smart #6 EHD Sedan Təqdim Edildi!
Dünyanın İlk Altı Qollu Humanoid Robotu Miro U Təqdim Edildi!
Humanoid robotlar yol polisi oldu!
iPhone 18 dizaynında ekranın altındakı Face ID ilə dəyişikliklər
Yeni Mercedes-Benz GLB elan edildi
Samsung-un sevimli robotu Ballie yenidən təxirə salındı!
Xiaomi 17 Ultra Leica Edition Avropaya Gəlir
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
microSD kartları geri dönüş edirmi?
Samsung Galaxy Z TriFold-un buraxılış tarixi və qiyməti açıqlandı
Redmi Note 15 Pro 4G gəlir
Vivo S50 seriyasının xüsusiyyətləri demək olar ki, açıqlandı!
Intel 14 milyard dollarlıq böyük bir müqavilə imzaladı
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir
iPhone Air yenə məyusedicidir!
Tramp elektrikli nəqliyyat vasitələrinə müharibə elan etdi!
Gemini yüksəlir, ChatGPT azalır!
Xiaomi 17S seriyası gəlir
Samsung Galaxy S26 Seriyası Dizaynını Təsdiqləyir
Galaxy S26 Seriyasına 25 Vt Maqnit Şarj Dəstəyi Gəlir!
Avropa Birliyindən X üçün rekord cərimə!
Tesla Yeni Versiyalarını Təqdim Edir!
Galaxy S26 seriyası Fold stilində kamera adası ilə gələ bilər!
"Peaky Blinders" filmi üçün yeni inkişaflar!
670 at gücündə AUDI E7X SUV Qlobal Bazara Hazırlaşır!
Google Chrome Avtomatik Doldurmanı təkmilləşdirir!
Həftənin ən çox oxunanları
“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır
Xiaomi 17S seriyası gəlir
Redmi Note 15 Pro 4G gəlir
Galaxy S26 seriyası Fold stilində kamera adası ilə gələ bilər!
Samsung Galaxy S26 Seriyası Dizaynını Təsdiqləyir
Gemini yüksəlir, ChatGPT azalır!
Redmi Turbo 5 seriyasına geri sayım!
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




