AZ

“Tesla” bir neçə ölkədə elektromobillərinin qiymətlərini endirib

c83358715bffa5e4859e0e68a6b355e5.jpg
22.04.2024 16:20

“Tesla” kompaniyası ABŞ, Çin və bir sıra digər ölkələrdə bəzi model elektromobillərin qiymətini aşağı salıb.

 

TED.az xarici KİV-ə istinadən xəbər verir ki, kompaniya ABŞ-da “Model Y” büdcəli krossoveri, “Model X” premium krossoveri və “Model S” sedanının qiymətini 2 min dollar ucuzlaşdırıb. Həmçinin sürücüyə yardım sisteminin (avtopilot) qiyməti 12 min dollardan 8 min dollara endirilib.

 

Çində isə “Model 3” büdcəli sedanın, həmçinin “Model Y”, “Model X” və “Model S” modellərinin qiyməti təxminən 2 min dollar aşağı salınıb. Endirimlər bəzi Avropa, Yaxın Şərq və Afrika ölkələrində də tətbiq olunub.

 

Qeyd edək ki, “Tesla” kompaniyasının rəhbəri İlon Mask ötən həftə Hindistana planlaşdırılan səfərini təxirə salıb. Səfərin bu ilin sonunda baş tutacağı gözlənilir. İlon Mask Hindistanda avtomobil zavodu tikmək niyyətindədir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox