AZ

“Meta”nın mətbuat katibi Rusiyada azadlıqdan məhrum edilib

 

79c5d7eab9f086e07850fb9349034c0f.jpg
22.04.2024 19:20

Rusiyanın İkinci Qərb dairəsi üzrə Hərbi Məhkəməsi “Meta” korporasiyasının mətbuat katibi Endi Stounu qiyabi olaraq ümumi rejimli koloniyada altı il müddətinə azadlıqdan məhrum edib.

 

Stoun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (“Terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa ictimai bəraət qazandırmaq və ya terrorizmin təbliği”) ilə təqsirli bilinib.

 

Müstəntiqlərin fikrincə, 2022-ci il martın 11-də o, xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya hərbçilərinə qarşı zorakılığa haqq qazandırmasına dair yazı paylaşıb. Müstəntiqlər belə qərara gəliblər ki, bu materialda, həmçinin terrorizmə açıq çağırışlar da var.

 

Mənbə: TASS

Dünya bölməsindən digər xəbərlər

Daha çox