AZ

“WhatsApp” istifadəçiləri üçün yeni FUNKSİYA

a1702655efadb7bc037db3deb44ea1f6.jpg
22.04.2024 20:57

Məşhur “WhatsApp” messencerinin istifadəçiləri “Instagram”da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Bu barədə WABetaInfo portalı məlumat yayıb.

 

TED.az-ın xarici KİV-ə istinadla məlumatına görə, mütəxəssislər bildiriblər ki, servis tərtibatçıları “Instagram” ilə “WhatsApp” uyğunluğunu aktiv şəkildə tətbiq edirlər. İstifadəçilər “WhatsApp” status yeniləmələrini “Instagram”da paylaşmaq istəsələr, defolt olaraq deaktiv ediləcək yeni çarpaz göndərmə seçimini aktivləşdirə biləcəklər.

 

“Instagram” statuslarını dublikat etmək imkanı inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində əlçatan olacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox