AZ

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib 

 

7f2dd89c431b21ecb3b477ce8b86ec00.jpg
23.04.2024 10:40

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyəti arasında yarış keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, yarışda bölmələrdə şəxsi heyətin fiziki hazırlığı yoxlanılıb, zirehli texnikanın ştat silahlarının təyin olunmuş vaxt ərzində sökülüb-yığılması, eləcə də digər tapşırıqlar üzrə normativlər qəbul edilib.

 

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən döyüş vərdişlərinin təkmilləşdirilməsidir.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox