AZ

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

 

e7cffc90bc871633a3fc4dc89f1adb9d.jpg
30.04.2024 13:50

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.

 

Bu barədə TED.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı valideynlərə SMS bildirişləri göndərilib. Övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər mayın 1-i saat 11:00-dan etibarən mektebeqebul.edu.az  saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox