AZ

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

 

f67dad222edc53b339fcc3b50773b19a.jpg
30.04.2024 16:20

Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen Aİ-də “TikTok” sosial şəbəkəsinin bloklanmasını istisna etmir.

 

TED.az “Politico” nəşrinə istinadla xəbər verir ki, bunu xanım Lyayen Niderlandın Maastrixt şəhərində keçirilən tədbirdə deyib. O, həmçinin Avropa Komissiyasının TikTok-u korporativ telefonlarda qadağan edən ilk təşkilat olduğunu xatırladıb.

 

Qeyd edək ki, Avropa İttifaqı ötən il avqustun 25-dən etibarən 19 onlayn platformanın fəaliyyətinə nəzarəti gücləndirmək qərarına gəlib. Hazırda onlara X, “TikTok”, instaqram, yutub, quql və “Amazon Store” kimi sosial şəbəkələr daxildir. Avropa Komissiyası yeni qanunun uşaqların müdafiəsi, həmçinin dezinformasiya ilə mübarizə məqsədi daşıdığını vurğulayıb.

 

AK-nin məlumatına görə, həmin platformaların Avropa qaydalarına uyğunluğu diqqətlə yoxlanılacaq və pozuntular aşkar ediləcəyi təqdirdə onlara qarşı sanksiyalar tətbiq olunacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox