AZ

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

 

cc77e322e17870615755e4e289795148.jpeg
03.05.2024 20:20

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, mayın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 patron darağı və 5 patron təhvil götürüblər.

 

Həmçinin qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Mayın 3-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 patron darağı və 10 patron aşkar edilərək götürülüb.

TED + bölməsindən digər xəbərlər

Daha çox