AZ

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

 

ef6a331f87380f68b32e9b07a1d1112c.jpg
03.05.2024 21:20

Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları açıqlanıb.

 

TED.az xəbər verir ki, bu qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.37-1-ci maddəsinə əsasən hazırlanıb və ali, orta ixtisas və peşə təhsili pillələrində yeni təhsil proqramlarının (ixtisasların) açılması məsələlərini tənzimləyir.

 

Yeni təhsil proqramının (ixtisasların) açılması aşağıdakı hallara şamil edilir:

 

- təhsilin müvafiq pillələri (səviyyələri) üzrə ixtisasların təsnifatına (bundan sonra təsnifat) yeni ixtisasın əlavə olunmasına;

 

- təsnifatda mövcud olan ixtisas üzrə ali və ya orta ixtisas və ya peşə təhsili müəssisəsində (bundan sonra-təhsil müəssisəsi) ilk dəfə tədrisə başlanılmasına;

 

- təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının adı dəyişdirilmədən məzmununun dəyişdirilməsinə;

 

- təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsinə.

 

Qeyd edək ki, qaydalar Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2024-cü il 2 may tarixli qərarı ilə təsdiq edilib.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox