AZ

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

 

8be5f089fa358b7a344a32369057893c.jpg
06.05.2024 10:40

“Bakı Metropoliteni” QSC-də “Əlçatan metro” layihəsi üzrə aprel ayında 90 sifariş icra olunub, 3 nəfər isə verdiyi sifarişdən sonradan imtina edib.

 

Bakı metrosundan TED.az-a bildirilib ki, 2023-cü ilin eyni ayında bu layihə üzrə 60 nəfər daşınıb. İki ilin aprel aylarının müqayisəli təhlilinə əsasən, bu xidmətdən istifadə edənlərin sayı 33,3 faiz artıb.

 

Qeyd edək ki, “Əlçatan metro” layihəsi metrodan istifadə imkanları bu və digər səbəblərdən məhdud olan sərnişinlərin daşınması xidmətidir. 2019-cu ildən sərnişinlərin ixtiyarına verilən bu xidmətdən əlil arabası və uşağa arabacıqları ilə hərəkət edənlər, əsa və qoltuqaltı ağacdan istifadə edənlər, yaşlılar istifadə edir.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox