AZ

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

 

a36f4dc3fccd26ff864210857a5c4087.jpg
06.05.2024 11:57

Ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatır.

 

Bu barədə TED.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər bu gün 23:59-dək şəxsi kabineti vasitəsilə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

 

Mayın 6-sı saat 09:00-a olan məlumata görə, I ixtisas qrupu üzrə 29230, II qrup üzrə 23163, III qrup üzrə 24499, IV qrup üzrə isə 5804 abituriyent elektron ərizəsini təsdiq edib.

 

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox