AZ

İş yerində kibertəhlükəsizliyi necə təmin etmək olar?

7a036e502b4e801add1461d289a9c824.jpg
06.05.2024 14:57

İş yerində kibertəhlükəsizliyinizi, xüsusilə də, şifrlərinizi qorumaq üçün qeyd olunan addımları izləyə bilərsiniz.

 

TED.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Qeyd olunan addımları izləyərək iş yerində kibertəhlükəsizliyinizi qoruya bilərsiniz.

 

1) Şəxsi şifrlərinizi həmkarlarınız, tanışlarınız, yüksək vəzifəli işçilər və ya partnyorlarınızla paylaşmaqdan çəkinin;

 

2) Şifrlərinizi qeyd kağızlarında kompüteriniz yanında hər kəsin görəcəyi şəkildə qoymayın.

 

3) Fərqli hesablar üçün fərqli şifrlərdən istifadə edin.

 

4)Planşet, kompüter və mobil cihazlar da daxil olmaqla, şirkət tərəfindən verilmiş bütün cihazları şifrlə qorunmuş formada saxlayın.

 

5)İstifadə etmədiyiniz zaman kompüterinizi həmişə kilidləyin.

 

6)Naməlum cihazın (məsələn, USB) qoşulmadığından əmin olmaq üçün mütəmadi olaraq portları yoxlayın.

TED + bölməsindən digər xəbərlər

Daha çox