AZ

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib

19dc336075e715545d0a91f066ad4ffa.jpg
06.05.2024 16:40

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib.

 

TED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Daimi arbitraj təşkilatı mübahisənin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati təminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz edilməsi və onların səlahiyyətinə (mandatına) xitam verilməsi məsələlərinin həlli, kargüzarlıq, arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkili funksiyalarını həyata keçirir.

 

Daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyrikommersiya hüquqi şəxslərin akkreditasiyadan keçirilməsi və onların akkreditasiyasının ləğvi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bu qaydanın müddəaları beynəlxalq və ya xarici daimi arbitraj təşkilatlarına tətbiq edilmir.

TED + bölməsindən digər xəbərlər

Daha çox