AZ

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

 

222ae20377e1ea2a195b85d8d95441a1.jpg
06.05.2024 20:20

Mədəniyyət Nazirliyinin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası çərçivəsində bu gündən etibarən 2024/2025-ci tədris ili üçün nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbuluna elektron qaydada başlanılır. Bu da vətəndaş məmnuniyyəti, əlçatanlıq, şəffaf və çevik ünsiyyətin təmin edilməsində önəmli rol oynayacaq.

 

Nazirlikdən TED.az-a bildirilib ki, musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul prosesi my.culture.az vahid şəxsi kabineti vasitəsilə mayın 31-dək həyata keçiriləcəkdir.

 

Mayın 6-dan 31-dək tez və ya gec müraciət etməsindən asılı olmayaraq bütün müraciətlər bərabərhüquqlu hesab edilir və müraciəti təsdiqlənmiş şəxslər növbəti imtahan mərhələsinə vəsiqə qazanır.

 

Son dövrlərdə Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahat tədbirləri, hər şeydən əvvəl bu sahədə şəffaflığın və effektiv idarəetmənin təmin edilməsi üçün geniş imkanlar yardır. Bu istiqamətlərdən biri kimi Mədəniyyət Nazirliyi sistemində bütün xidmətlərin my.culture.az vahid şəxsi kabinet üzərindən inteqrasiyası uğurla icra olunur ki, bu da cəmiyyətlə daha çevik və hərtərəfli kommunikasiyanın qurulmasında vacib əhəmiyyət daşıyır.

 

Qəbulla bağlı sual yarandığı təqdirdə hər bir rayon üzrə mövcud olan alternativ dəstək mərkəzlərinə və 147 çağrı mərkəzinə müraciət etməyiniz tövsiyə edilir.

 

Daha ətraflı məlumatı təqdim olunan "Tez-tez verilən sual-cavab" bölməsi və "Təlimat" vasitəsilə əldə etmək olar.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox