“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır
“Azercell” şirkəti üçün kibertəhlükəsizlik çox önəmlidir.
TED.az xəbər verir ki, bu barədə “Azercell” şirkətinin Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyeva “Davamlı bağlantı üçün dayanıqlı inkişaf: “Azercell”in illik ESG hesabatının təqdimatı” mərasimində deyib.
Şirin Əliyeva qeyd edib ki, kibertəhlükəsizlik məsələləri "Azercell" üçün daim vacib olub.
“Bunun nəticəsidir ki, 2023-cü ildə Azərbaycanda ilk dəfə keçirilən “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) kibermüharibə yarışında şirkətin “Cybercell” kibertəhlükəsizlik komandası ilk üçlüyə daxil olub. Cari ildə “Azercell” şirkəti günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiyanı işə salmağı planlaşdırır. Bu addım təbiəti qorumaq və ekologiyanı qorumağa töhfə verəcəyinə inanırıq”, - deyə Ş.Əliyeva vurğulayıb.