AZ

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

 

d75a6634cde7b92cee26f72c264bf39b.jpg
07.05.2024 13:35

Ukraynalı pilotlardan ibarət ilk qrupun təlimi mayın sonunda başa çatacaq, F-16 qırıcıları isə iyul ayında Kiyevə təhvil veriləcək.

 

TED.az xəbər verir ki, Ali Radanın deputatı Aleksey Qonçarenko bu barədə özünün sosial media hesabında yazıb.

 

Ukrayna uzun müddətdir ki, tərəfdaşlarından F-16 qırıcıları istəyir. Lakin Qərb ölkələri pilotların və yerüstü xidmət personalının lazımi hazırlığı olmadan onları Kiyevə vermək istəmir. Danimarka, Niderland, ABŞ və bir sıra digər dövlətlər hazırda ukraynalı pilotların təlimlərində fəal iştirak edirlər.

 

Rusiya prezidenti Vladimir Putin isə Ukraynaya yeni silahların, o cümlədən F-16 qırıcılarının verilməsi ilə cəbhədəki vəziyyətin dəyişməyəcəyini bildirib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox