AZ

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

 

7798ab6427988958599fd3561a0d4fed.jpg
07.05.2024 14:20

Mayın 6-7-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə 175 və 286 nömrəli tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.

 

Nazirlikdən TED.az-a verilən məlumata görə, məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılmasıdır.

 

Ümumilikdə 280 şagirdin iştirak etdiyi tədbirlərdə ETX-nin əməkdaşı tərəfindən məktəblilərə “Kiberbullinqə qarşı mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifrə təhlükəsizliyi” və “Sosial mediadan istifadə qaydaları” mövzularında kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox