AZ

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

 

20bf641f2933bb1ec421662fd2336f91.jpg
07.05.2024 14:57

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrində piyada keçidinin tikintisi yekunlaşıb.

 

TED.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 48,6 metr, eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid metal konstruksiyalıdır.

 

Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunub.

 

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox