AZ

Nadir “Ferrari”nin qiyməti təəccübləndirdi - FOTO

 

ae5028cf5ca288d680a53128dacec5bb.jpg
07.05.2024 20:57

1958-ci ildə istehsal olunmuş nadir “Ferrari 250 GT Pinin Farina Series I” mayın 10-11-də Monakoda “RM Sotheby's” auksionunda satışa çıxarılacaq.

 

Bu kabrioletlərdən cəmi 40 ədəd istehsal edilib və satışa çıxarılan avtomobil 23-cüdür. Lotun gözlənilən dəyəri 4,5-5 milyon avro təşkil edir.

 

İlk analoji avtomobil 1957-ci ildə Cenevrə avtosalonunda təqdim edilib. Bu, “Ferrari”nin ilk seriya kabriolet modeli olub.

 

Maraqlıdır ki, bu avtomobil ilk dəfə deyil ki, “RM Sotheby's”də hərraca çıxarılır. 2021-ci ilin noyabrında Pol Rikar (Fransa) avtodromunda keçirilən hərracda eyni nümunə 4,4 milyon avroya satılıb.

 

Mənbə: championat.com

Dünya bölməsindən digər xəbərlər

Daha çox