AZ

Yanvar-aprel aylarında Türkiyə avtomobil sənayesi məhsulları ixracını artırıb

 
 

84fe76b03c72e5fadc62a20f9a36e522.jpg
07.05.2024 22:20

2024-cü ilin yanvar- aprel aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 11,9 milyard dollara bərabər olub.

 

TED.az-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

 

"Bu ilin aprel ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 2,1 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

 

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023- aprel 2024) Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox