AZ

“Akıncı” dənizdə uğur qazandı: Hədəflər məhv edildi 

c311508f1c078b983e2c01b629d04640.jpg
08.05.2024 18:57

Türkiyənin pilotsuz hava hücumundan müdafiə vasitələri arasında əhəmiyyətli yerə sahib olan “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatı dənizdə hərəkət edən və sabit hədəflərə qarşı atış sınaqlarını uğurla başa vurub.

 

TED.az-ın məlumatına görə, bununla bağlı görüntüləri “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial şəbəkə hesabından paylaşıb.

 

O bildirib ki, test zamanı PUA milli elektron-optik sistem və yerli mini “ağıllı” sursatlardan istifadə edib.

 

Xatırladaq ki, “Akıncı” bundan əvvəl “Roketsan” şirkətinin istehsalı olan İHA-122 səsdən sürətli raketinin, həmçinin “Çakır” qanadlı raketinin atış sınağını müvəffəqiyyətlə başa vurub.

Dünya bölməsindən digər xəbərlər

Daha çox