AZ

Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyi ilə bağlı boşluqlar 70%-ə yaxın artıb

 

74258570311fe7637e6c9d88bc66379f.jpg
08.05.2024 22:40

Bu ilin yanvar-aprel aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 291 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

 

TED.az-ın XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 52% artım deməkdir.

 

Təkcə aprel ayında 76 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki ayın göstəricisi ilə eynidir, bir il əvvəl ilə müqayisədə isə 69% çoxdur.

 

Xatırladaq ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 142 ədəd və ya 26% çoxdur.

TED + bölməsindən digər xəbərlər

Daha çox