AZ

Rövşən Nəcəf: Startap ekosistemində insan kapitalı çox önəmlidir

eab93a83d95656447d4201283ef633e9.jpg
27.06.2024 14:40

Biz Azərbaycanda startap ekosisteminin mədəniyyətinin inkişafı barədə birgə fikirləşməliyik. Düşünürəm ki, bu sahədə də əsas önəmli olan insan kapitalıdır.

 

TED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Baku ID” tədbirində çıxışı zamanı deyib.

 

“İstedadlı insanlar bir neçə il çalışır, investisiya cəlb edir və startap yaradır. Lakin bu, həmişə uğurlu olmaya bilir. Startap sahəsi bir sıra risk daşıyır. Düşünürəm ki, ölkəmizdə startap mədəniyyəti uğurla formalaşır. Bu sahədə son illərdə baş verən pozitiv dəyişikliklər buna bir sübutdur”, - deyə R.Nəcəf əlavə edib.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox