İlk kitabın çap olunduğu gün

Sentyabrın 30-u ilk kitabın çap olunduğu gün kimi tarixə düşüb.
TED.az-ın məlumatına görə, 1445-ci il sentyabrın 30-da alman alimi İohan Qutenberq ilk kitabı – xristianların müqəddəs "Bibliya"sını çap edib.
Maraqlıdır ki, bu kitab ilk olmaqla yanaşı, hələ də "ən çox satılan kitab" titulunu qorumaqdadır.
Alim kitab çapını metal lövhələrin köməyi ilə edib.
Kitab çapında hərəkətli metal lövhələrin tətbiqi inqilabi hadisə idi. Bununla Avropada kitab istehsalı güclənir, ardınca bütün dünyada geniş yayılmağa başlayır. Bu hadisə renessans dövrünün açarı hesab edilir.
Ehtimala görə, ilk kitab 704-751-ci illər arasında, təxminən 1300 il əvvəl Koreyada çap olunub. Lakin çap dəzgahı uzun müddət Avropaya yol tapa bilməyib.
İohan Qutenberq təxminən 1397-1400-cü illərdə Mayns şəhərində anadan olub. Atası Qensflayş ticarətdə çalışırdı. Dövrün dəbinə görə İohan Qensflayş soyadını dəyişərək, vaxtilə yaşadıqları yerin adını götürür. 1411-1420-ci illərdə Qutenberq ailəsi patrisiya və vətəndaşlar arasında baş vermiş münaqişəyə görə, Maynsdan Strasburq şəhərinə köçürlər. O, burada ömürün çox hissəsini keçirərək daşların pardaqlanması, və güzgülərin hazırlanması ilə məşğul olur.
Qutenberqin dahi ixtirası ondan ibarət idi ki, o metal hərfləri tərsinə olaraq metaldan qabarıq şəkildə hazırlayır. Bu hərflərdən yığılan mətnləri sonra kağızın üzərinə çap edirdi. Amma ixtiranı geniş tətbiq etmək üçün vəsaiti çatmırdı.
1448-ci ildə Maynsa qayıdan Qutenberq İohan Faust ilə müqavilə bağlayır, ona 6% və gündəlik 800 qulden pul ödəməklə mətbəənin şərikli sahibi olurlar. Qutenberq əsas kapitalı hissə-hissə alırdı. Dövriyyədə pulun artması ilə Faust tədricən uzaqlaşır və Quttenberq 1452-ci ildə vaxtı-vaxtında 800 quldenin ödənilməsinə görə illik haqdan azad olunur.
Kiçik maliyyə vəsaiti və heç bir təcrübəyə malik olmayan işçilərlərlə Qutenberq böyük nəailiyyət əldə edir. 1456-cı ildə 5 müxtəlif formada hərflər tökür, Elia Donatın latın qrammatikasını və iki Bibliyanı çap edir. Qutenberq çap işindən gəlir gələnə qədər uzun müddət şərikinə pul verməkdən boyun qaçırır. Faust onu məhkəməyə verərək, faizlərin ödənilməsini tələb edir. Qutenberq məhkəmədə uduzur və mətbəə bütünlüklə Fuasta keçir. Qəhrəmanımız hər şeyi təzədən başlamalı olur. Vətəninə qayıdır, yeni çap mətbəəsinin açılması ilə məşğul olur.
1465-ci ildə Qutenberq Nassau zadəganı tərəfindən sarayda çap işinə götürülür. Ona illik paltar, şərab, buğda verilir, vergilərdən azad olunur.
Maynsda yaşayan hüqüqşünas Konrad Humeri ilə Qutenberq arasındakı razılaşmaya əsasən 1468-ci ildə çap mətbəəsi yaradılır.
Qutenberq ömrünün sonuna kimi Maynsda yaşayır, 1468-ci ildə vəfat edir.
Texnologiya bölməsindən digər xəbərlər
Hörümçək Adam 4-ün treyleri yayımlandı


Honorun çoxdan gözlənilən telefonu ilə bağlı kritik inkişaf


Samsung One UI 8-i başqa bir modeldə sınaqdan keçirir.


Microsoft Word süni intellekt dəstəyi qazanır


Siri çoxdan gözlənilən xüsusiyyətini əldə edir.


iPhone 17 Air necə görünəcək? Budur son sızıntılar!


Samsung daha iki model üçün kritik yeniləmələr buraxır


Ucuz MacBook gəlir


“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır

Pixel Watch 4 xüsusiyyətləri açıqlandı


Yeni nəsil Volkswagen T-Roc gəlir.


Galaxy Watch 8 seriyası üçün ilk yeniləmə yayımlandı!


Tədbirdən əvvəl ChatGPT 5 sızdırıldı


iPhone qiymətləri qalxır! İstehsal ABŞ-a köçdü!


LG yanmış telefona görə təzminat ödəyəcək


Samsung daha üç model üçün yeniləmələri elan etdi


Samsung-un sərfəli planşetinə geri sayım


Steam bu Mac-lərdə işləməyəcək


Samsung 37 düymlük oyun monitorunu elan etdi


Galaxy S26 Ultra-nın şarj sürəti ortaya çıxdı


Elon Mask Elon Maskı mükafatlandırdı!


O, iPhone 16 Pro ilə 40 klip çəkdirib


WhatsApp-dan balansı dəyişəcək bir xüsusiyyət gəlir


ROG Xbox Ally bu tarixdə gəlir


Toyota satış rekordları qırdı! Bəs necə?


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər


iOS 26 beta versiyası rekordlar qırdı


Həftənin ən çox oxunanları
Steam bu Mac-lərdə işləməyəcək


Tədbirdən əvvəl ChatGPT 5 sızdırıldı


Samsung daha üç model üçün yeniləmələri elan etdi


Galaxy Watch 8 seriyası üçün ilk yeniləmə yayımlandı!


iPhone qiymətləri qalxır! İstehsal ABŞ-a köçdü!


Pixel Watch 4 xüsusiyyətləri açıqlandı


Yeni nəsil Volkswagen T-Roc gəlir.


LG yanmış telefona görə təzminat ödəyəcək


Samsung-un sərfəli planşetinə geri sayım

