AZ

TikTok,  Instagram analoqunu hazırladığını təsdiqləyib

fcf042cbf14e33cbadfaca7408695bb4.jpg
22.04.2024 21:57

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, TikTok fotoların mübadiləsi üçün nəzərdə tutulmuş TikTok Notes adlı tətbiqini istifadəyə verməyə hazırlaşır.

 

TED.az xarici KİV-ə istinadən xəbər verir ki, beləliklə TikTok Instagram-la foto mövzusunda rəqabətə girməyə hazırlaşır. İndi isə TikTok bu məlumatı rəsmi şəkildə təsdiqləyib. Məşhur servis bildirib ki, onun yeni tətbiqi hal-hazırda ilkin test mərhələsindədir. TikTok üstəlik yeni tətbiqinin bəzi interfeys özəlliklərini əks etdirən fotonu özünün X (keçmiş Twitter) hesabında da bölüşüb. TikTok Notes tətbiqinin nəticədə Instagram ilə lazımi səviyyədə rəqabət apara bilib-bilməyəcəyini zaman göstərəcək.

Dünya bölməsindən digər xəbərlər

Daha çox