AZ

“Bilim hər yerdə” layihəsi Laçında

 

dd20a6c13dd342c31da030e181c2829b.jpg
26.04.2024 10:20

Aprelin 25-26-da Laçın rayonunun orta məktəblərində “Bilim hər yerdə” layihəsi həyata keçirilib.

 

Layihə “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “Bilim Bakı Mərkəzi” tərəfindən aparılır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, məqsəd ucqar ərazilərdə yaşayan 6-14 yaşarası şagirdləri müasir elmlə tanış etmək, onların proqramlaşdırma və texnoloji bacarıqları öyrənmələrinə şərait yaratmaq, innovasiya və texnologiya sahəsində məlumatlılığı artırmaqdır.

 

Mərkəzin müəllimləri tərəfindən rayonun orta məktəblərinin 100-ə yaxın şagirdinə dizayn, təbiət elmləri və texnologiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib.

 

Həmçinin maarifləndirici, intellektual oyunlar təşkil olunub və “Bilim şou” nümayiş etdirilib.

 

Sonra şagirdlərə sertifikatlar və hədiyyələr təqdim olunub.

 

Xatırladaq ki, “Bilim Bakı Mərkəzi” Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox