AZ

Honda-nın Kanada planı

10ba1aa4b4997f3702b2ba5af367e437.jpg
26.04.2024 21:20

Honda Motor, Kanadada ən böyük sərmayəsi olan Ontarioda yeni elektrikli avtomobil və akkumulyator istehsalı obyektlərinə, eləcə də mövcud obyektlərə 15 milyard Kanada dolları (11 milyard dollar) sərmayə qoymağı planlaşdırdığını açıqladı.

 

TED.az xəbər verir ki, şirkət rəhbərləri və Kanadanın Baş Naziri Castin Trudeau tərəfindən elan edilən investisiya Honda-nın Şimali Amerikada elektrik avtomobil tələbatının daha da artacağına dair gözləntilərindən xəbər verir. Digər Yaponiya avtomobil şirkətləri kimi, Honda da elektrik avtomobillərinə nisbətən gec qoşuldu və indi sürətlə hərəkət edən Çinli rəqiblərlə daha yaxşı rəqabət aparmaq üçün mübarizə aparır.

 

Əməliyyatların 2028-ci ildə başlaması hədəflənərkən, illik istehsal gücünün maksimum 240 min elektrik avtomobili və akkumulyatorlar üçün 36 giqavat saat olacağı təxmin edilir.

 

Qlobal elektrik avtomobillərinə tələbat azalsa da, Honda-nın icraçı direktoru Shinji Aoyama jurnalistlərə bildirib ki, təchizat şəbəkəsi Honda-nın 2040-cı ilə qədər Şimali Amerikada bütün satışlarının elektrik və ya yanacaq elementli avtomobillər olması hədəfinə çatmasına kömək edəcək.

Dünya bölməsindən digər xəbərlər

Daha çox