İcbari sığortası nəzərdə tutulan tibbi xidmətləri bu saytdan öyrənə bilərsiniz

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) tərəfindən icbari tibbi sığortanın xidmətlər zərfinə 3000-ə yaxın tibbi xidmətin daxil ediləcəyi nəzərdə tutulub.
TED.az xəbər verir ki, hazırda isə vətəndaşlar “its.gov.az” saytına daxil olmaqla İTS-nın baza paketində tibbi sığortası nəzərdə tutulan 1829 adda tibbi xidmətlə tanış ola bilər. Həmin xidmətlərə Təcili və təxirəsalınmaz tibbi yardım – 6 növ xidməti, ilk tibbi yardım ailə həkimi – 18 növ xidməti, ambulator müayinə və müalicə – 480 növ xidmət, stasionar müalicənin 677 növü, funksional – diaqnostika müayinəsi – USM, KT, MRT, rentgen və s.
İcbari tibbi sığortanın xidmətləri üçün dövlət büdcəsindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcəsinə hər bir Azərbaycan vətəndaşına 90 manat olmaq şərtilə 900 milyon manat vəsait ayrılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Şükür Eyvazov bildirib ki, icbari tibbi sığortanın xidmətlər zərfinə 3000-ə yaxın tibbi xidmətin daxil ediləcəyi nəzərdə tutulub: “İcbari tibbi sığorta gələn ilin birinci rübündə 23 regionda tətbiq olunacaq”.
Qeyd edək ki, 2020-ci ildən etibarən icbari tibbi sığorta mərhələli şəkildə Azərbaycanda tətbiq ediləcək. Birinci mərhələdə, yəni ilk üç ay ərzində vətəndaşlardan icbari tibbi sığorta haqqı tutulmayacaq, aprel ayında isə ikinci mərhələ başlayacaq. İkinci mərhələdə vətəndaşların icbari sığortasına görə onların əmək haqlarından müəyyən vəsait tutulacaq.
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

